Sofiyada miqrantlar arasında kütləvi dava: 3 yaralı

Sofiyada miqrantlar arasında kütləvi dava: 3 yaralı
05:24 7 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bolqarıstanın paytaxtı Sofiyada miqrantlar arasında kütləvi dava baş verib.

 

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3 Əfqanıstan vətəndaşı müxtəlif dərəcəli bıçaq yaraları alıb.

 

İlkin versiyaya görə, dava  pul üstündə düşüb. Qeyd olunur ki ki, polis gələnədək davanın əksər iştirakçıları hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı bildirilir.

 

BMT-nin hesablamalarına görə, ötən ilin əvvəlindən Avropaya gələn miqrantların sayı 1 milyona çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR