Neftin qiyməti sürətlə ucuzlaşır

Neftin qiyməti sürətlə ucuzlaşır
05:56 7 Yanvar 2016
156 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiymətində ucuzlaşma davam edir. ANS PRESS-in məlumatına görə, gecə neftin qiyməti 33 dollar həddinə geriləsə də, hazırda dünya bazarlarında “Brent” markalı neft 34.15 dollara satılır.

“Texas” markalı neftin qiyməti də yenidən ucuzlaşıb. Birjalarda hazırda “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 34.49 dollar olub.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 37,36 dollar təşkil edib.

Qızılın qiymətində də isə bahalaşma müşahidə edilib. Bu günə olan rəsmi məlumata görə, qiymətli metalın 1 qramı 35,11 dollardır. Gümüşün qiyməti də cüzi bahalaçaraq 1 qram üçün 0.45 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Milli valyutamız olan manatın məzənnəsi avro və dollar qarşısında öz dəyərini itirməyə davam edib. Ötən gün Azərbaycan Mərkəzi Bankının açıqldığı məzənnə siyasətinə görə, son rəsmi məzənnə belədir: 1 dollar - 1.5626 AZN, 1 avro 1.6796 AZN, 1 rubl 0.0213 AZN olub.


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Dolların Azərbaycanda bu günə olan məzənnəsi dünəndən açıqlanıb. Mərkəzi Bankdan ANS PRESS-ə verilən məlumata görə, yanvarın 6-da banklararası valyuta bazarında heç bir əməliyyat keçirilməyib. Buna görə də Mərkəzi Bankın ötən günə olan USD/AZN məzənnəsi 07.01.2016-cı il tarixində (bu gün) də qüvvədə qalacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR