Yəməndə növbəti toqquşmalar: 17 ölü, 112 yaralı

Yəməndə növbəti  toqquşmalar: 17 ölü, 112 yaralı
06:09 7 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin Taiz şəhərində hökumət tərəfdarları ilə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) arasında növbəti qanlı toqquşmalar baş verib.

 

APA-nın “Anadolu” agentliyinə  istinadən verdiyi məlumata görə, son iki gündə toqquşmalarda 17 nəfər ölüb, 112 -dən çox insan yaralanıb.

 

Toqquşmalar zamanı hökumət tərəfdarları tərəfindən 5 nəfərin öldüyü, 55 nəfərin yaralandığı bildirilir. Husilər arasında 12 nəfər ölüb, 24 nəfər yaralanıb. 

 

Tibbi mənbələrdən alınan məlumatlara əsasən, qarşıdurma nəticəsində ikisi uşaq olmaqla 4 mülki vətəndaş ölüb, 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR