Tramp yenə də qatdı-qarışdırdı

Tramp yenə də qatdı-qarışdırdı
06:56 7 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Seçki yaxınlaşdıqca Amerikada prezidentliyinə namizədlər hər cəhdlə öz reytinqini artırmağa çalışır. Kimisi uğurlu siyasət vəd edərək seçicinin dəstəyini almağa çalışır, kimisi də hər çıxışı ilə özünə qarşı kin nifrət qazanır. Bu cür namizədlər arasında Donald Trampı ilk pillədə görmək mümkündür. Tramp bu dəfə də gözünü yumub ağzını açıb.

ANS PRESS-in məlumatına görə, respublikaçılar partiyasından namizədlər arasında favorit olan qalmaqalı biznesmen Donald Tramp, bu dəfə eyni partiyadan olan rəqibi Ted Kruzu hədəfə alıb. Ted Kruzun Kanadada doğulduğunu əsas gətirən Tramp, qanunvericiliyin onun partiyadan namizədliyinin irəli sürülməsinə icazə vermədiyini iddia edib.

ABŞ-ın Seçki qanunvericiyilinə görə, prezidentliyə namizəd Amerikada doğulmalı və ya onun valideynlərindən biri təmiz Amerika Birləşmiş Ştatları vətəndaşı olmalıdır, namizədin yaşı isə 35-dən yuxarı olmalı və son 14 ilini ölkə ərazisində yaşamalıdır.

Respublikaçı namizəd Ted Kruz Kanadanın Kalyari şəhərində anadan olub. Atası əslən kubalı olsa da, anası Amerikalıdır və Birləşmiş Ştatlar vətəndaşıdır. Hüquqi ekspertlər onun prezident seçilmək üçün seçki qanunvericiliyin tələblərinə cavab verdiyini hesab edir.

Donald Tramp ilk dəfə deyil ki, vətəndaşlıq və etnik mənşə ilə bağlı siyasətçilərə qarşı ittihamlar irəli sürür. Nyu Yorklu biznesmen bundan əvvəl Barak Obamanın vətəndaşlığını sual altına alaraq, onun doğum haqqında şəhadətnaməni göstərməsini tələb etmişdi. Obama Havayi adasında doğulsa da, onun anası Amerika vətəndaşı olub.

Tramp bundan əvvəl seçiciləri ilə görüşü zamanı Amerika vətəndaşı olmayan müsəlmanları ölkəyə buraxmayacağını vəd etmişdi. Bu fikrini əsalandırmaq üçün Trampın müsəlmanları terrorçularla eyniləşdirməsi bütün dünyada kəskin etirazla qarşılanmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR