Kartoflu-pendirli zapekanka - FOTO

Kartoflu-pendirli zapekanka - FOTO
07:05 7 Yanvar 2016
46 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az kartoflu-pendirli zapekankanın hazırlanma qaydasını təqdim edir

Tərkibi (4-6 pay):

1 kq kartof
70 q yağ
80 q bərk pendir
0,5 ç.q. kəklikotu qurusu
duz
qara istiot

Sobanı 220 dərəcə qızdırın. 18 sm diametrli formanı yağlayın. 
Pendiri sürtgəcdən keçirib kəklikotu ilə qarışdırın. 
Kartofu təmizləyib nazik fal-fal doğrayın. 
Əridilmiş kərə yağı əlavə edib səliqə ilə qarışdırın. 
Formanın dibinə bərabər qaydada kartofun 1/3-ni döşəyin. 
Pendirin 1/3-ni səpin. Duz-istiot vurun. 
Layları təkrarlayın. Ən üst lay yenə pendir olmalıdır. 
1 saat bişirin. Hazır zapekankanı formada 5 dəqiqə saxlayın. Sonra boşqaba tərs çevirin.

Nuş olsun! 

Milli.Az 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/394983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR