Yəməndə toqquşmalar baş verib, 17 ölü, 112 yaralı

Yəməndə toqquşmalar baş verib, 17 ölü, 112 yaralı
08:12 7 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Yəmənin Taiz şəhərində hökumət tərəfdarları ilə üsyançı husilər ("Ənsər Allah" hərəkatı) arasında növbəti qanlı toqquşmalar baş verib.

APA-nın "Anadolu" agentliyinə  istinadən verdiyi məlumata görə, son iki gündə toqquşmalarda 17 nəfər ölüb, 112 -dən çox insan yaralanıb.
 
Toqquşmalar zamanı hökumət tərəfdarları tərəfindən 5 nəfərin öldüyü, 55 nəfərin yaralandığı bildirilir. Husilər arasında 12 nəfər ölüb, 24 nəfər yaralanıb.  
 
Tibbi mənbələrdən alınan məlumatlara əsasən, qarşıdurma nəticəsində ikisi uşaq olmaqla 4 mülki vətəndaş ölüb, 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR