Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Nazir: "Rusiyanın tranzit blokadası Ukraynanın Azərbaycanla ticarət əməliyyatlarına mənfi təsir göstərə bilər"

​Nazir: "Rusiyanın tranzit blokadası Ukraynanın Azərbaycanla ticarət əməliyyatlarına mənfi təsir göstərə bilər"

Date: 7 January 2016 08:27

Bakı. 7 yanvar. REPORT.AZ/ "Ukrayna, tranzitinə yanvarın 4-dən qadağa qoyulan aqrar sənaye məhsullarının Rusiya ərazisindən ixracına alternativ tapacaq".
"Report" xəbər verir ki, bu barədə ölkənin aqrar siyasət və ərzaq naziri Aleksey Pavlenko öz "Facebook" səhifəsində yazıb.
Nazir şübhə etmədiyini bildirib ki, Ukraynanın aqrar sənaye mütəxəssisləri ən qısa vaxt ərzində Rusiya tranzitinə alternativ tapacaqlar, ona görə də, Moskva bu hərəkətləri ilə özündən başqa heç kimə zərər verməyəcək.
"Rusiya tərəfindən tranzit blokadası Ukraynanın Qazaxıstan, Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə ticarət əməliyyatlarına mənfi təsir göstərə bilər", - deyə Pavlenko bildirib.
Nazirin sözlərinə görə, bu ölkələrə aqrar sənaye məhsulları ixracı Ukraynadan tədarük olunan ümumi kənd təsərrüfatı məhsullarının təqribən 4 faizini təşkil edir.
"Ukraynanın tranzit qadağasının aradan qaldırılması üçün təcrübə və imkanları var, Rusiyanın 2016-cı ilin 1 yanvar tarixindən tətbiq etdiyi ərzaq embarqosu isə ixrac marşrutlarının şaxələndirilməsinə imkan yaratdı", - deyə Pavlenko əlavə edib.

Tags:  Nazir Rusiyanın tranzit blokadası Ukraynanın Azərbaycanla ticarət əməliyyatlarına mənfi təsir göstərə bilər

RƏYLƏR


Top news