Ağcabədi və Yevlaxda mənzil yandı

Ağcabədi və Yevlaxda mənzil yandı
09:27 7 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Səhər saatlarında Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6-otaqlı evin ikinci mərtəbəsinin 1 otağında mətbəx mebeli 3 kv.m sahədə yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın faktı ötən gecə Yevlax şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR