Putin kilsəyə qetdi

Putin kilsəyə qetdi
09:56 7 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin dünya pravoslavlarının Milad bayramını Tver vilayətinin Turqinovo kəndində yerləşən müqəddəs Məryamın Pokrov məbədində keçirib.

ANS PRESS-in məlumatına görə, bu məbəddə prezidentin valideynləri vəftiz olunub.

Bu məbəddə bayram keçirən xristianlar üçün Putinin bura gəlməsi sürpriz olub – ölkə başçısının məhz bu məbədə gələcəyi əvvəlcədən elan edilməyib. Məbədə gələn Putin burada şam yandırıb dini ayinlərdə iştirak edib.

Kilsə bayramları zamanı Putin mütəmadi olaraq məbədləri ziyarət edir. 2015-ci ildə prezident milad bayramı zamanı Voronejdə yerləşən Pokrov məbədində olub.




Dünya provaslavları tərəfindən ənənəvi qeyd olunan Milad bayramı İsa məsihinin doğulması ilə bağlıdır.

Milad rusiyalı Pravoslavlar üçün Pasxadan sonra ikinci əsas dini bayram hesab olunur.

Bu bayram həmçinin Azərbaycanda da qeyd olunur. Bu gecə ölkədə yaşayan yerli və əcnəbi provaslavlar ənənəvi olaraq Milad bayramını qeyd ediblər. Paytaxt kilsələrindən birində bu gecə bayram ayinləri yerinə yetirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR