​Azərbaycan yığmasının üzvü "Qalatasaray"la müqavilə bağlayıb

​Azərbaycan yığmasının üzvü "Qalatasaray"la müqavilə bağlayıb
09:57 7 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Basketbol üzrə Azərbaycan yığma komandasının üzvü Çak Deyvis karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirəcək. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşlı idmançı "sarı-qırmızılar"a Balıkesirin "Bandırma" klubundan transfer olunub.
Onunla mövsümün sonunda daha 1 il uzadıla bilməsi şərtilə 6 aylıq müqavilə imzalanıb. Hazırda kluba Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası tərəfindən transfer qadağası qoyulduğundan, Devis sanksiya aradan qalxdıqdan sonra "Qalatasaray"ın heyətində oyunlara çıxa biləcək.
Qeyd edək ki, Çak Devis ABŞ-ın Alabama ştatında anadan olub. O, 5 ilə yaxındır Azərbaycan yığmasının üzvüdür. 

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/azerbaycan-idmancisi-qalatasaray-da-oynayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR