Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polisi qətlə yetirib yandıran şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Polisi qətlə yetirib yandıran şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Date: 7 January 2016 10:12

Bakı. 7 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İbayev Ravil Nuruş oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
"Report"un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyiti aşkarlanıb. Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalar nəticəsində meyitin İmişli Rayon Polis Şöbəsinin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub. Araşdırmalar zamanı o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb. R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutularaq dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə R.İbayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.İbayev apellyasiya şikayəti verib. 

Tags:  Polisi qətlə yetirib yandıran şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

RƏYLƏR


Top news