Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Günayın keçmiş əri oğluyla görüşməməsindən danışdı - foto

Günayın keçmiş əri oğluyla görüşməməsindən danışdı - foto

Date: 7 January 2016 10:16

Azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel evlənməyə hazırlaşır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddətdir ABŞ-da yaşayan aktyor işlə bağlı İstanbula gəlib. O, 6 aydır birlikdə olduğu amerikalı sevgilisinə artıq evlənmə təklifi də edib. Tolqa may ayında Dominikanda özünə toy edəcəyini açıqlayıb.

T.Karel hələ tələbə olan sevgilisinə 20 min dollarlıq üzük aldığını təsdiqləyib.

Aktyor oğlu Cihangiri görmək istəmədiyi haqda gəzən xəbərlərlə bağlı da danışıb:

"Oğlum mənim canımdır. Sevgilimə də demişəm. Mənə "nə zaman istəsən, o, mənim də oğlum ola bilər. Amerikada bizimlə yaşaya bilər" dedi. Gələn kimi oğlumu gördüm. Bu şayiələr məni kədərləndirir".





Tags:  Günayın keçmiş əri oğluyla görüşməməsindən danışdı foto

RƏYLƏR


Top news