Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Cüdo üzrə dünya çempionatına Bakının namizədliyi irəli sürülüb

Cüdo üzrə dünya çempionatına Bakının namizədliyi irəli sürülüb

Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülüb (17 Mart 2017 14:42)
Azərbaycan Futzal Federasiyasının prezidenti AFFA İcraiyyə Komitəsinə üzv seçilib (15 Mart 2017 11:07)
Cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib (10 Mart 2017 16:42)

Tarix: 7 Yanvar 2016 10:22

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyası dünya çempionatına Bakının namizədliyini irəli sürüb. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer "twitter" hesabı vasitəsilə müsahibəsində bildirib.
Rumıniyalı funksioner bildirib ki, 5 şəhər 2018 və ya 2019-cu il dünya çempionatlarını keçirmək üçün ərizə verib. Bunlar Paris (Fransa), Tokio (Yaponiya), Kazan (Rusiya), Qahirə (Misir) və Bakıdır. Onun fikrincə, namizədlər siyahısına Hyustonun da əlavə olunacağı güman olunub.
Qeyd edək ki, indiyədək Azərbaycanda cüdo üzrə dünya çempionatı keçirilməyib. Əvəzində qitə çempionatı "Bakı 2015" I Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunub. 

Teqlər:  Cüdo üzrə dünya çempionatına Bakının namizədliyi irəli sürülüb



RƏYLƏR


Top xəbərlər