Türkiyədə "Azərbaycan Arena" adlı stadion

Türkiyədə "Azərbaycan Arena" adlı stadion
10:33 7 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə "Azərbaycan Arena" adlı stadion ola bilər. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu ad “Bursaspor” klubunun yeni stadionuna verilə bilər. Bunu klub prezidenti postuna namizədlərdən olan Timur Noyan deyib.

O bildirib ki, bu ay keçiriləcək seçkilərdən qalib ayrılarsa, yeni stadionun adı “Azərbaycan Arena” ola bilər.

O, deyib ki, komandası ilə birlikdə "Real Madrid", "Barselona", "Bavariya" kimi klubları analiz ediblər. "Bursaspor"un dibdə olduğunu hamımız bilirik".

O, sadion və yeni formaları haqqında da danışıb. Nyan deyib ki, stadionun "Azərbaycan Arena" adlandırlması üçün ilkin görüşmələr keçirib.

“Bursaspor”da prezident seçkiləri yanvarın 11-19-da keçiriləcək. Stadion 2015-ci ilin dekabr ayında açılıb. Açılışı Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan edib. Arena 44 min tamaşaçı tutumuna malikdir.
Bura "Timsah stadion" kimi də tanınır.
Stadionun açılışı


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR