Abbas Bağırov əsəbləşdi: "Toya 13 minə getmirəm"

Abbas Bağırov əsəbləşdi: "Toya 13 minə getmirəm"
10:43 7 Yanvar 2016
58 Şou
Ölkə mətbuatı
A- A+

Müğənnilərin 2016-cı ildə toy qiymətləri açıqlanıb. Daha öncə bu barədə xəbər vermişdik.

Siyahıya yalnız hazırda tələbatlı olan və toylara digər həmkarlarına nisbətən daha tez-tez çağırılan müğənnilər daxil edilmişdi. Siyahıda birinci yeri isə Abbas Bağırov tutub. Belə ki, müğənninin toya 13 min manat qarşılığında getdiyi bildirilib.

Qeyd edək ki, digər müğənnilərdən fərqli olaraq Abbas Bağırovun toya yüksək məbləğdə getməsi ictimaiyyətdə müzakirələrə yol açıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, müğənni Abbas Bağırov açıqlamasında bildirib ki, toya 13 min manata deyil, cəmi-cümlətanı 5 min manata gedir: 

"Çox səhv yazıblar. Mən toya 13 minə yox, 5 min manata gedirəm. Məndən soruşmadan haqqımda yalandan məlumat yazıblar. Mən bütün gün medianı izləmirəm ki, haradan bilim, haqqımda nə danışırlar. İradımı bildirmişəm, açıqlamanı da indi sizə verirəm".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/395878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR