ABŞ və Cənubi Koreya prezidentləri: "Şimali Koreya cəzalandırılmalıdır"

10:42 7 Yanvar 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, məlumatı Cənubi Koreya prezidentinin mətbuat xidməti yayıb. 
20 dəqiqə davam edən telefon danışığı zamanı prezidentlər Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsini müzakirə ediblər. Dövlət başçıları vurğulayıblar ki, BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsinin pozduğu üçün Şimali Koreya cəzalandırılmalıdır.
Məlumata görə, Barak Obama Cənubi Koreyanın təhlükəsizliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcəklərini vəd verib.
Şimali Koreyanın təxribatlarına beynəlxalq ictimaiyyətin uyğun cavab verməsi üçün tərəflər bir mövqedən çıxış etmək barədə razılığa gəliblər.
Prezidentlər Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqi məqsədi ilə birgə fəaliyyət göstərəcəklərini də vurğulayıblar. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-ve-cenubi-koreya-prezidentleri-simali-koreya-cezalandirilmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR