BMT Təhlükəsizlik Şurası KXDR-nin həyata keçirdiyi nüvə sınağını qınayıb

BMT Təhlükəsizlik Şurası KXDR-nin həyata keçirdiyi nüvə sınağını qınayıb
10:47 7 Yanvar 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən həyata keçirilən nüvə sınağı ilə bağlı məsləhətləşmələr keçirib.
"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şura üzvləri bu hərəkəti qətiyyətlə pisləyərək Pxenyana qarşı əlavə sanksiyaların tətbiq olunacağı yeni qətnamə üzərində işə başlayıb.
"Təhlükəsizlik Şurasının üzvləri qətiyyətli şəkildə bu sınağı qınayıb. Çünki bu, BMT Təhlükəsizlik Şurasının 1718 (2006-cı il), 1874 (2009-cu il), 2087 və 2094 (2013-cü il) saylı qətnamələrinin, eləcə də nüvə silahından istifadə etməməklə bağlı beynəlxalq rejimin pozulması, başqa sözlə, beynəlxalq sülh və təhlükəsizlik üçün açıq-aşkar təhlükə deməkdir", - bütün üzvlərin adından çıxış edən BMT Təhlükəsizlik Şurasının sədrinin bəyanatında belə deyilir.
Şura üzvləri daha əvvəl KXDR-nin nüvə sınaqlarını davam etdirəcəyi təqdirdə əlavə sanksiyalar həyata keçirməyə hazır olduqlarını bildirdiklərini vurğulayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/bmt-tehlukesizlik-surasi-kxdr-nin-heyata-kecirdiyi-nuve-sinagini-qinayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR