Bakı limanı kotirovka sorğusu keçirir

Bakı limanı kotirovka sorğusu keçirir
10:47 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC əməkdaşlarının Ələt qəsəbəsində yerləşən Yeni Liman kompleksinə daşınması üçün 8-18 yerlik mikroavtobusun alınması məqsədilə kotirovka sorğusu həyata keçirir.
Limandan "Report"a daxil olan xəbərə görə, sorğuda iştirak etmək istəyənlər yanvarın 13-dək təkliflərini (ƏDV göstərilməklə) bağlı və möhürlənmiş zərflərdə təqdim etməlidirlər.
Maraqlanan təşkilatlar (012) 498 91 84 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-limani-kotirovka-sorgusu-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR