Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tələbə yoldaşını öldürüb yandıran kursant apellyasiya şikayəti verib

Tələbə yoldaşını öldürüb yandıran kursant apellyasiya şikayəti verib

Date: 7 January 2016 10:49

 

 

Bakı Apellyasiya Məhkəməsində İmişli rayon polis şöbəsinin əməkdaşını qətlə yetirən Ravil İbayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı yanvarın 18-nə təyin edilib

 

 

Qeyd edək ki, ötən ilin aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan, 1988-ci il təvəllüdlü Muxtar Nəcəf oğlu Kazımzadənin yandırılmış meyiti tapılıb. Cinayəti İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Ravil İbayevin törətdiyi müəyyən edilib. 

 

Araşdırmalarla o da müəyyən edilib ki, Muxtar Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən Ravil İbayev tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə Muxtar Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb. Ravil İbayev  aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib. Hər iki şəxs  Polis Akademiyasında qiyabi təhsil alıblar.

 

Aprelin 17-də, səhər saatlarında Muxtar Kazımov və Ravil İbayev ikinciyə məxsus avtomobillə Polis Akademiyasına imtahan vermək üçün gediblər. Lakin bundan sonra yaxınları Muxtarla əlaqə saxlamaq istəsələr də, o, telefona cavab verməyib. Günün ikinci yarısı, təxminən saat 3-4 radələrində isə Muxtarın telefonuna zəng çatmayıb.

 

Günün sonuna kimi Muxtardan xəbər tuta bilməyən yaxınları, gecə saatlarında Ravil İbayevin yaşadığı evə gəliblər. Ravil İbayev isə axşam saatlarında Muxtarı yaşadığı evin yaxınlığındakı parkın ərazisində düşürtdüyünü və bundan sonra onunla heç bir əlaqəsinin olmadığını bildirib. Lakin hadisə baş verməmişdən bir neç gün əvvəl Muxtar Kazımovun şəxsi avtomobilini 14 min manata satması və bundan Ravil İbayevin də xəbərdar olması, yaxınlarında İbayevlə bağlı şübhələri artırıb.

 

Təkrar Ravilin yaşadığı evə yollanan Muxtar Kazımovun yaxınları, bu dəfə də oxşar cavab alandan sonra polisə məlumat veriblər. Məlumatda qətlin Ravilin kirayə yaşadığı evdə törədildiyi və Muxtar Kazımovun yaxınlarının ikinci dəfə Ravilin yaşadığı mənzilə gəlişindən sonra iz itirmək məqsədilə meyitin Xəzər rayonu ərazisinə gətirilərək Ravilin başqa iki nəfər yaxın qohumunun köməyilə yandırıldığı bildirilib. Muxtar Kazımovun qətli 3 il əvvəl ailə qurduğu günə, aprelin 17-nə təsadüf edib. Mərhumun bir övladı var.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ravil İbayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ravil İbayev apellyasiya şikayəti verərək, cəzasının yüngülləşməsini istəyib.


Tags:  Tələbə yoldaşını öldürüb yandıran kursant apellyasiya şikayəti verib

RƏYLƏR


Top news