Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“GreenCar” Bakıda daha bir enerjidoldurma məntəqəsini quraşdırıb

“GreenCar” Bakıda daha bir enerjidoldurma məntəqəsini quraşdırıb

Date: 7 January 2016 10:53


Bakı, 7 yanvar, AZƏRTAC
“GreenCar” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində Bakıda daha bir enerjidoldurma məntəqəsi quraşdırılıb.
“GreenCar”dan AZƏRTAC-a bildirilib ki, yeni enerjidoldurma məntəqəsi “Park Bulvar” alış-veriş mərkəzinin üst parkinq hissəsində quraşdırılıb.
Qeyd edək ki, “GreenCar” MMC ətraf mühitin qorunmasında əvəzsiz olan vasitələrin - elektrik avtomobilləri, elektrik motosikletləri, elektrik velosipedləri və digər nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi, eləcə də ekologiyanın qorunması ilə bağlı layihələr həyata keçirir.



Tags:  GreenCar Bakıda enerjidoldurma məntəqəsini quraşdırıb


RƏYLƏR


Top news