Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lerikdə axtarışda olan şəxs Bakıda bir neçə evi yardı

Lerikdə axtarışda olan şəxs Bakıda bir neçə evi yardı

Date: 7 January 2016 10:54

38 yaşlı Lerik rayon sakini Bakıya iş axtarmaq üçün gəlib. Bir müddət Ramana qəsəbəsində qohumlarıgildə qalan Fərman iş tapmaq əvəzinə, pul əldə etməyib daha asan yolunu seçib.

 

APA TV-nin xəbərinə görə, “Şuşa şəhərciyi” kimi tanınan ərazidə evlərin boş olduğuna əmin olan Fərman Məlikov fərdi yaşayış evlərindən əlinə keçəni aparıb. Əsasən məişət əşyaları oğurlamağa üstünlük verən Fərmanın əməllərinin üstünü Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları açıblar. Saxlanılan şəxs ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun silsilə oğurluqları üzə çıxıb.

 

Təhqiqatçı Elçin Hüseynli: “Keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Fərman Şirməmməd oğlu Məlikov 12-ci Polis Bölməsinin ərazisində dörd cinayət faktı törədib. Bundan əlavə, müəyyən olunub ki, Fərman Məlikov oğurluq etdiyinə görə Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə axtarışdadır. O, əvvəllər də oğurluqla bağlı iki dəfə məhkum olunub”.

 

Bahalı daş-qaşla bəzədilmiş əşyalardan tutmuş məişət texnikası və paltarlara qədər əlinə keçəni oğurlayan Fərman Məlikov onların bir çoxunu sata bilib: “60 manata soyuducunu vermişəm. Televizora-zada hələ pul verilməmişdi. Demişdi verəcək. 50 manat da stol-stula görə almışdım”.

 

Fərman oğurluq hadisələrini ustalıqla həyata keçirib. Belə ki, o, daxil olduğu evlərdəki mebellərə müştəri tapıb və öz əmlakı kimi təqdim edib: “Dedi ki, gəlib ölçüb-biçərəm. Sonra gəldi baxdı, sökdü apardı sexə. Ona oranı öz evim kimi təqdim etmişdim”.

 

İki övlad atası olan Fərman Məlikovun əməlləri ilə bağlı cinayət işi başlanılıb. Onu üçüncü dəfə məhbəs həyatı gözləyir. Araşdırmalar davam etdirilir.

 


Tags:  Lerikdə axtarışda olan şəxs Bakıda neçə evi yardı

RƏYLƏR


Top news