"Qalatasaray"ın basketbol komandası daha öncə "Ted Kolejliler", "Aliağa Petkim" və "Banvit"də çıxış edən Çak Deyvisi heyətinə qatıb.
Metbuat.az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar"a qoyulan transfer qadağasının müddəti bitdikdən sonra Deyvisin adı klubun "Eurocup" üçün nəzərdə tutulan iştirak ərizəsinə daxil ediləcək.
Forvardın sazişinin 6 aylıq olduğu bildirilir. Ancaq müqavilə müddəti mövsüm sonunda daha bir il müddətinə uzadıla bilər. Xatırladaq ki, Çak Deyvis basketbol üzrə Azərbaycan millisinin üzvüdür.