Bakıda başı kəsilən biznes ledinin qatili qızı çıxdı

Bakıda başı kəsilən biznes ledinin qatili qızı çıxdı
10:56 7 Yanvar 2016
237 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 5-i günorta saatlarında paytaxt ərəzisində 43 bıçaq zərbəsi vurularaq qətlə yetirilən “Jewellery” zinət əşyaları mağazasının sahibi Məryəm Nemətzadənin qatilləri məlum olub.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin öldürülən qadının qızı Günel Hüseynova və onun bir neçə qohumu olduğu müəyyən edilib. Artıq Günel Hüseynova və onun qətldə iştirak edən qohumları saxlanılıb. Hələlik qətlin hansı məqsədlə törədildiyi araşdırılır.

İLkin ehtimala görə, ailədaxilində tez-tez pul üstündə mübahisə olub.

Qətl hadisəsi iki gün əvvəl Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 ünvanında baş verib.

Həmin mənzildə yaşayan 55 yaşlı Məryəm Nemətzadə bıçaqla qətlə yetirilib. Qadının meyiti başı kəsilmiş vəziyyətdə aşkarlanıb.

Məlumata görə, qətlə yetirilən qadın uzun müddət bahalı qızıl və zinət əşyalarının satışı və kirayəsi ilə məşğul olub. Onun müştəriləri arasında hətta tanınmış şou-biznes nümayəndələrinin də olduğu bildirilir.

M.Nemətzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda 120.2.11-ci (quldurluq, hədə qorxu yolu ilə tələb etməklə qəsdən adamöldürmə), 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb.

Hadisədən sonra M.Nemətzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR