Türkiyənin Təbrizdə yeni təyin olunmuş baş konsulu Azərbaycan baş konsulluğuna baş çəkib

Türkiyənin Təbrizdə yeni təyin olunmuş baş konsulu Azərbaycan baş konsulluğuna baş çəkib
10:57 7 Yanvar 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin Təbrizdə yeni təyin olunmuş baş konsulu Çağlar Fahri Çakıralp tanışlıq məqsədilə Azərbaycanın Təbrizdəki baş konsulluğuna baş çəkib.
Bu barədə "Report"a Azərbaycanın Təbrizdəki baş konsulluğundan xəbər verilib.
Məlumata görə, baş konsul Əli Əlizadə ilə görüşdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Ə.Əlizadə Ç.F.Çakıralpı təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/turkiyenin-tebrizde-yeni-teyin-olunmus-bas-konsulu-azerbaycan-bas-konsulluguna-bas-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR