Qızıl satan anasını öldürən qızın FOTOları

Qızıl satan anasını öldürən qızın FOTOları
11:09 7 Yanvar 2016
5114 Digər
Ölkə mətbuatı
A- A+

Daha öncə xəbər verdiyimiz kimi, hüquq mühafizə orqanları "Qızıl Məryəm"i öldürən şəxsin elə öz qızı Günel Hüseynovanın olduğunu açıqlayıb.

Qafqazinfo.az anasını öldürən qızın - Günel Hüseynovanın fotolarını əldə edib. Şahidlərin sözlərinə görə, ana ilə qızı tez-tez pul üstündə mübahisə edirmişlər.

Mərhumun qızı bir neçə geyim mağazasının siması olub, 6 yaşlı qız övladı var.

Qeyd edək ki, hadisə yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında baş verib.

Günel Hüseynova izahatında evdən anasına məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi.

Xatırladaq ki, Məryəm Namədzadə Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi olub.





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR