ABŞ-ın Əsədlə bağlı məxfi planı üzə çıxdı

ABŞ-ın Əsədlə bağlı məxfi planı üzə çıxdı
11:09 7 Yanvar 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti ən azı 2017-ci ilin martına qədər hakimiyyətdə qalacaq

ABŞ-ın Suriyanın gələcəyi ilə bağlı hazırladığı plan üzə çıxıb. Lent.az Assoşeyted Press-ə istinadən xəbər verir ki, planda Suriyanın faktiki lideri Bəşər Əsədin ən azı 2017-ci ilin mart ayına kimi hakimiyyətdə qalması nəzərdə tutulur.

 

Xəbərdə qeyd edilir ki, bu plan keçən ilin noyabrında Vyanada Rusiyanın da iştirakı ilə keçirilmiş konfransdan sonra hazırlanıb. Həmin toplantıda dünyanın lider ölkələri ilə birgə Suriya müxalifəti və iqtidarı da təmsil olunub.

 

Müzakirələr nəticəsində gələn ilin martında Suriyada keçid hökumətinin qurulmasına və avqust ayında ölkədə seçkilərin keçirilməsinə razılıq əldə edilib. Əsədin hakimiyyətdən getməli olduğunu tələb edən qüvvələr həmin müddətədək onun hakimiyyətdə qalmasına bu razılaşma ilə “hə” deyiblər.

 

Plana görə Əsəd rejimi ilə müxalifət arasında ilkin olaraq “etibad komitəsi” yaradılacaq.  Daha sonra isə parlament buraxılacaq. Bütün bunlar isə 2017-ci ilin yanvarında Suriyada keçirilməsi nəzərdə tutulan referendumdan sonra baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR