Bu dəfə balacalar üçün səhnəyə çıxacaqlar

Bu dəfə balacalar üçün səhnəyə çıxacaqlar
11:36 7 Yanvar 2016
22 Şou
Ölkə mətbuatı
A- A+

Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Belə ki, yanvarın 10-da teatrın səhnəsində “Fəlakət və insan” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a  bildirilib ki, səhnə əsəri maarifləndirici xarakter daşıyır.

Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək əsərin müəllifi, teatrın baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşa uşaqlara, təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərəcək.

Qeyd edək ki, 6-15 yaşlı uşaqlar üçün nəzərdə tutulan səhnə əsrinin xronometrajı 45 dəqiqədir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR