Şahidlər: “Mənzilində öldürülmüş qadın iş adamı ilə qızı arasında daim dava-dalaş olub”

Şahidlər: “Mənzilində öldürülmüş qadın iş adamı ilə qızı arasında daim dava-dalaş olub”
11:37 7 Yanvar 2016
85 Sosial
Ölkə mətbuatı
A- A+

Onun qızı və daha üç nəfər tutulub
Bakı. 7 yanvar. REPORT.AZ/ Öz mənzilində qətlə yetirilmiş iş adamı Məryəm Namidzadə qızı Günel Hüseynova ilə birlikdə yaşayırmış.
Bu barədə “Report”un əməkdaşına M.Namidzadənin qonşuları bildirib.
Bir neçə il əvvəl ərindən boşanmış G.Hüseynovanın məktəbli övladı var. Qonşular bildirib ki, onlar arasında daim dava-dalaş olub.
Nəsimi Rayon Prokurorluğundan isə “Report”a bildirilib ki, faktla bağlı şübhəli şəxs qismində dörd nəfər saxlanılıb. Onlardan biri mərhumun qızı G.Hüseynovadır.
Bundan başqa, M.Namidzadənin qardaşı oğlu da istintaqa cəlb edilib. O, hərbi xidmətdən yenicə qayıdıb. Atası isə bir neçə il əvvəl həbs olunub. Hazırda həbsdədir.









Xəbərin orijinal ünvanı: http://report.az/hadise/sahidler-menzilinde-oldurulmus-qadin-is-adami-ile-qizi-arasinda-daim-dava-dalas-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR