Məşhur dizayner 20 milyonu "həzm" edib - FOTO

Məşhur dizayner 20 milyonu "həzm" edib - FOTO
11:42 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Chanel və Fendi brendlərinin baş dizayneri, habelə kreativ direktor və fotoqraf Karl Laqerfeldə qarşı cinayət işi qaldırıla bilər. Fransa Vergilər Departamenti onu 20 milyon avronu vergilərdən yayındırmaqda suçlamağa hazırlaşır.

Milli.Az L-Express-ə istinadən bildirir ki, dünyaca məşhur alman dizaynerin 1999-cu ildə Parisdə əsasını qoyduğu 7L kitab dükanları şəbəkəsi illərdən bəri vergilərdən yayındırılıb.

Laqerfeld daha sonra dükanların bir neçəsini fotostudiyalara çevirib, çəkilişlərdən əldə etdiyi gəlirləri isə Britaniyadakı bank hesablarına yatırıb.

82 yaşlı Laqerfeldin son 6 ildə bu minvalla 20 milyon avronu vergi ödəmədən Fransadan çıxardığı vurğulanır.

Almaniyanın Hamburq şəhərində doğulan və gerçək soyadı Laqerfeldt olan Laqerfeld olayla bağlı heç bir açıqlama verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR