Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib

Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib

Gəncədə 2 maşın toqquşdu - Xəsarət alanlar var (10 Mart 2017 06:03)
Gəncədə iki avtomobil toqquşdu, 1 nəfər xəsarət aldı (04 Mart 2017 23:43)
Gəncədə iki avtomobil toqquşdu (04 Mart 2017 23:12)

Tarix: 7 Yanvar 2016 11:48


Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 7-də səhər saatlarında "Bakı dairəvi-1" avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində baş vermiş qəza zamanı yol təsərrüfatına ziyan dəyib.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, 16 paqonmetr əyri xətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb.
Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində avtobus yol ayrıcında yerləşən əyri xətli dəmir tirlərə çırpılıb.
İlkin hesablamalara görə, qəza zamanı yol təsərrüfatına 1525 manat məbləğində ziyan dəyib. “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.





Teqlər:  Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib



RƏYLƏR


Top xəbərlər