Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti keçiriləcək

Bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti keçiriləcək

Heydər Əliyev Sarayında "Bayram konserti" keçiriləcək (17 Mart 2017 10:47)
Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri tədbirinin proqramı açıqlanıb (10 Mart 2017 11:42)
Xocalıya həsr olunmuş xatirə konserti London LİVE kanalında (09 Mart 2017 12:43)

Tarix: 7 Yanvar 2016 11:48


Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konsertdə bəstəkarın həyat və yaradıcılığından söz açılacaq, əsərlərindən nümunələr səslənəcək.
Qeyd edək ki, Mobil Babayev Gəncə şəhərində dünyaya göz açıb. O, Bülbül adına orta ixtisas musiqi məktəbini və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib. Bəstəkarın ilk mahnılarından biri, sözləri Zeynal Vəfaya məxsus "Vəfalı dost" olub. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb. O, bir sıra simfonik orkestr üçün yazılmış əsərlərin, lirik mahnıları müəllifidir. Bəstəkar, həmçinin, 100-ə yaxın film, o cümlədən, bədii-sənədli, elmi-kütləvi və animasiya filmlər üçün də musiqilər yazıb.

Teqlər:  Bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti keçiriləcək



RƏYLƏR


Top xəbərlər