Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fuad Qəhrəmanlı saxlandığı təcridxanada ailə üzvləri ilə görüşüb

Fuad Qəhrəmanlı saxlandığı təcridxanada ailə üzvləri ilə görüşüb

Date: 7 January 2016 11:57

Nardaran hadisələri zamanı dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə görüşüb. Milli.Az bildirir ki, bu barədə Trend-ə Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, F.Qəhrəmanlının saxlanma şəraitindən heç bir şikayəti yoxdur: "İstintaq Təcridxanasındakı şəraitlə bağlı Fuad Qəhrəmanlının narazılığı yoxdur. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada o, ailəsilə telefonla danışır. Onun ailə üzvləri ilə görüşünə artıq icazə verilib".

F.Qəhrəmanlının səhhətində problemlər olduğunu deyən vəkil bildirib ki, müvəkkili bununla əlaqədar dərman qəbul edir: "Fuad şəkər xəstəsidir və qaraciyərində problemləri var. Bununla əlaqədar da ona evdən lazımi dərmanlar çatdırılır və o, dərmanları qəbul edir".

Vəkil həmçinin bildirib ki, F.Qəhrəmanlı istintaq müddətinin yekunlaşmasını istəyir. Vəkilinin sözlərinə görə, müvəkkilinin istəyi ilə istintaqın yekunlaşması barədə vəsatət qaldırılacaq.

Vəkil F.Mehdiyev qeyd edib ki, bununla bağlı vəsatət hazırlayıb və vəsatət Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisinə təqdim ediləcək.

Xatırladaq ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sadəcə sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Milli.Az


Tags:  Fuad Qəhrəmanlı saxlandığı təcridxanada ailə üzvləri görüşüb


RƏYLƏR


Top news