Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qətlə yetirilən qadın qızıl alverçisinin mənzilində 1 milyon manatlıq qızıl olub

Qətlə yetirilən qadın qızıl alverçisinin mənzilində 1 milyon manatlıq qızıl olub

Date: 7 January 2016 12:14

Qətlə yetirilən qızıl alverçisi Məryəm Namədzadənin mənzilində 15 kq qızıl olub. Bu barədə report.az-ın müxbirinə onun qonşularından biri məlumat verib.

M.Namədzadə Yeni il bayramı günündə qonşusuna çalışdığı univermaqda alverin zəif getdiyini, hər gün 15 kq qızılı evdən işə, işdən evə apardığını deyib. Qonşu isə mühafizəçi tutmağı məsləhət görüb.

Qeyd edək ki, hazırkı bazar qiymətləri ilə 15 kq-lıq qızılın dəyəri təxminən 1 milyon manatdır.

M.Namədzadənin qızı Günel Hüseynova isə istintaqa ilkin ifadəsində evdən ona məxsus 30 min ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib. Sonradan isə G.Hüseynova özü və daha üç nəfər şübhəli şəxs qismində saxlanılıb.


Tags:  qizil alvercisi Meryem Namedzade Meryem Namedzade 1 milyon manat Gunay Huseynova qetle yetirilen qizil alvercisi


RƏYLƏR


Top news