Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şaxta çökdü: ölənlər var

Şaxta çökdü: ölənlər var

Date: 7 January 2016 12:05

Çinin Şensi vilayətində şaxtanın çökməsi nəticəsində üç nəfər ölüb, daha səkkiz şaxtaçının taleyi isə naməlumdur. Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin istehsalda təhlükəsizliyə nəzarət üzrə Baş Dövlət İdarəsindən məlumat verilib.

Qurumun saytında yer alan informasiyaya görə, hadisə Yuylin şəhərindəki şaxtada baş verib. Şaxtanın çökdüyü zaman içəridə 49 nəfər olub ki, onlardan 38-i sərbəst şəkildə yuxarı çıxa bilib.

Hazırda xilasetmə işləri davam etdirilir. Şaxtada müxtəlif qazların yüksək konsentrasiyasının olması xilasedicilərin işini çətinləşdirir.
Hadisənin başvermə səbəbi məlum deyil, iş üzrə istintaq aparılır.

Milli.Az


Tags:  Şaxta çökdü ölənlər var


RƏYLƏR


Top news