Obamadan Ərdoğana xəbərdarlıq

Obamadan Ərdoğana xəbərdarlıq
12:12 7 Yanvar 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Türkiyəni qoşunlarını İraqdan çıxarmağa çağırıb.

AzVision.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Ağ ev bəyanat yayıb. 

Obama bu barədə İraqın baş naziri İbrahim əl-Abadi ilə telefon danışığında bildirib. 

Bundan başqa, tərəflər İŞİD yaraqlıları ilə mübarizəni müzakirə ediblər.

Qeyd edək ki, Obama ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İraqdan hərbçiləri çıxarmağa çağırmışdı. Türkiyənin baş naziri Əhməd Davudoğlu isə Bağdadın ölkənin üçdə bir hissəsinə nəzarəti itirdiyini xatırlatmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR