Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müğənnilərdən yayılan toy qiymətlərinə etiraz

Müğənnilərdən yayılan toy qiymətlərinə etiraz

Date: 7 January 2016 12:12

Sənət aləminin tanınmış simaları toy qiymətləri ilə bağlı ötən gün mətbuatda yayılan xəbərə etiraz ediblər. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənnilər "Xəzər xəbər"ə açıqlama verərək, Yeni ildən toy qiymətlərini qaldırmadıqlarını bildiriblər.  

Əməkdar artist Abbas Bağırov toya 13 min manata yox, daha ucuz qiymətə getdiyini bildirib. O, hətta el şənliklərinə getmədiyini, yaradıcılıq işləri ilə məşğul olduğunu deyib. 

Müğənni Ceyhun Əliyev toya 4 min manata getmədiyini söyləyib:

"Mən toya "Qala" qrupu ilə birlikdə gedirəm. Bunun üçün isə 4 min yox, 4500 manat alıram. Bəzi insanlar olur ki, məbləği aşağı istəyirlər. Onda təklif edirəm ki, özüm qrupsuz, xanım ifaçı ilə birlikdə gəlim. Bu qiymətə bütöv toy aparıram". 

Müğənni Ayaz Qasımov toy qiymətində dəyişiklik etmədiyini bildirib. O, bir toya 6 min manata getməsi xəbərinin yalan olduğunu vurğulayıb. 

Müğənni Emil Bədəlov isə toya 3 min manata gedib-getmədiyini deməyib. Sənətçi onu da vurğulayıb ki, yeni ildə toy qiymətində heç bir dəyişiklik etməyib. 

Müğənni Rüfət Axundov isə toya daha ucuz qiymətə getdiyini deyib:

"Qiyməti nə çoxaldıb, nə də azaltmışam. Bir qiymət deyirəm, müştəri endirim istəyəndə edirəm. Saytlarda toy qiymətimlə bağlı yazılan məbləğ yalandır. Əvvəl toy qiymətini dollarla deyirdik. Sonra manatla dedik, indi də dəyişməyib".

Qeyd edək ki, ötən gün ifaçıların 2016-cı ildəki toy qiymətlərinin siyahısı təqdim olunmuşdu:

Abbas Bağırov - 13 000
Brilliant Dadaşova - 12 000
Ramal İsrafilov - 10 000
Nadir Qafarzadə - 10 000
Elton - 10 000
Xumar Qədimova - 9 000
Samir Piriyev - 9 000
Xatirə İslam - 8 000
Vasif Məhərrəmli - 8 000
Mətanət İsgəndərli - 8 000
Günay İbrahimli - 7 000
Ağadadaş Ağayev - 7 000
Rəqsanə İsmayılova - 7 000
Xəyyam Nisanov - 7 000
Könül Kərimova - 7 000
Zamiq Hüseynov - 7 000
Könül Xasıyeva - 7 000
Nüşabə Ələsgərli - 7 000
Eyyub Yaqubov - 7 000
Mətanət Əsədova - 7 000
Nazənin - 6 000
Elçin Cəfərov - 6 000
Ayaz Qasımov - 6 000
Manaf Ağayev - 5 000
Əflatun Qubadov - 5 000
Bahar Lətifqızı - 4 500
İzzət Bağırov - 4 500
"Qala" qrupu - 4 000
"Şeron" qrupu (Ülvi) - 4 000
Nazim Faytonçu - 4 000
Elvin Abdullayev - 3 000
Emil Bədəlov - 3 000
Mənsurə Musayeva - 4 000
Səməd Səmədov - 3 000
Əlikram Bayramov - 3 000
Rüfət Axundov - 3 000
Əbdül Xalid - 3 000
Elariz - 2 500
Cavanşir Məmmədov - 2 500

Milli.Az


Tags:  Müğənnilərdən yayılan toy qiymətlərinə etiraz


RƏYLƏR


Top news