FHN “Günəşli” yatağındakı qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirləri davam etdirir

FHN “Günəşli” yatağındakı qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirləri davam etdirir
12:13 7 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-8” yanğınsöndürmə gəmisi hadisə yerindədir. Bundan əlavə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FHN_Gunesli_yatagindaki_qezanin_neticelerinin_aradan_qaldirilmasi_uchun_tedbirleri_davam_etdirir-916613

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR