“Günəşli” faciəsində itkin düşənlərin axtarışı davam edir

“Günəşli” faciəsində itkin düşənlərin axtarışı davam edir
12:21 7 Yanvar 2016
39 Şou
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-8” yanğınsöndürmə gəmisi hadisə yerindədir.
 
Bundan əlavə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR