Praqa KXDR-də hidrogen bombasının sınaqdan keçirilməsini pisləyir

Praqa KXDR-də hidrogen bombasının sınaqdan keçirilməsini pisləyir
12:23 7 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 7 yanvar, AZƏRTAC
Çex Respublikası Xarici İşlər Nazirliyinin saytında Koreya Xalq Demokratik Respublikasının 2016-cı il yanvarın 6-da bu ölkədə hidrogen bombasının sınaqdan keçirilməsi barədə məlumatını pisləyən bəyanat dərc edilib.
Nazirliyin bəyanatında deyilir ki, əgər sınaq partlayışı barədə məlumat təsdiqlənərsə, bu o deməkdir ki, KXDR öz beynəlxalq öhdəliklərini və BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini pozub. Bu sınağın həyata keçirilməsi istər Koreya yarımadasında, istərsə də bütövlükdə regionda sabitliyə və sülhə təhlükə doğuran, son dərəcə məsuliyyətsiz bir əməl kimi qiymətləndirilə bilər.
Çex Respublikası Xarici İşlər Nazirliyi KXDR-i bütün beynəlxalq öhdəliklərə və BMT-nin müvafiq qətnamələrinə riayət etməyə çağırıb. KXDR-in bəyan etdiyi sınaq Avropa İttifaqı və NATO tərəfindən də pislənilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Praqa_KXDR_de_hidrogen_bombasinin_sinaqdan_kechirilmesini_pisleyir-916620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR