Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha küçədə pul yoxdur

Daha küçədə pul yoxdur

Date: 7 January 2016 12:27

Azərbaycanda qanunsuz küçə ticarəti ilə məşğul olanlar məsuliyyətə cəlb olunacaqlar. 

Milli.Az APA-ya istinadən bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, bununla bağlı cəzalar tətbiq edilir. Yeni "Qanunsuz küçə ticarəti" adlı maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacaq. Hazırda qüvvədə olan məcəlləyə əsasən, bununla bağlı məsuliyyət yoxdur.
 
Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da Milli Məclis tərəfindən qəbul olunub və 2016-cı il mayın 1-dən qüvvəyə minəcək. 

Milli.Az


Tags:  küçədə pul yoxdur


RƏYLƏR


Top news