Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rəssamlar İttifaqında “Rəsmlərin poeziyası” adlı sərgi açılacaq

Rəssamlar İttifaqında “Rəsmlərin poeziyası” adlı sərgi açılacaq

Seulda Azərbaycana həsr olunmuş sərgi keçirilib (15 Fevral 2017 10:32)

Tarix: 7 Yanvar 2016 12:33


Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 12-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Qafar Sarvəllinin “Rəsmlərin poeziyası” adlı fərdi sərgisi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşacaq.
Bu barədə AZƏRTAC-a məlumat verən Qafar Sarvəlli bildirib ki, sərgidə nümayiş olunacaq 60-dək sənət əsəri rəngkarlıq, qrafika, plakat və foto janrlarını əhatə edir. Sənət əsərlərinin əsas mövzusunu təbiət mənzərələri, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzular təşkil edir. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır.
Qeyd edək ki, fırça ustasının sayca dördüncü olan fərdi sərgisi bir həftə davam edəcək.

Teqlər:  Rəssamlar İttifaqında Rəsmlərin poeziyası adlı sərgi açılacaq



RƏYLƏR


Top xəbərlər