Ledi Qaqa və milyarder qızı qalmaqal yaratdılar - FOTO

Ledi Qaqa və milyarder qızı qalmaqal yaratdılar - FOTO
12:37 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın ən populyar pivə istehsalçılarından olan "Guinness" konserninin varisi, 48 yaşlı britaniyalı modelyer, model, teleaparıcı və dizayner Dafna Ginnes ilə ən ekstravaqant müğənnilərdən biri, amerikalı Ledi Qaqa birgə fotosessiyaya çəkiliblər.

Milli.Az TMZ-yə istinadən bildirir ki, dizayner Aleksandr MakKuinin (Alexander McQueen) yeni kolleksiyasının reklamına qatılan müğənni və milyarder qızı "V Magazine" jurnalı üçün kameralar qarşısına keçiblər.

Fotosessiya qalmaqal yaradıb, çünki Dafna Ginnes və Ledi Qaqa lesbiyan sevgililər obrazında olublar. Onlar kameralar qarşısında qucaqlaşıblar, öpüşüblər.

29 yaşlı Ledi Qaqa çəkilişlərdən çox razı qaldığını söyləyib: "Hər şey normaldır, əladır. Bu, sənətdir".
 

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR