Rəqsanə üçün özəl gün

Rəqsanə üçün özəl gün
12:41 7 Yanvar 2016
102 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysunun ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi övladını sosial şəbəkədə təbrik edib. Təəssüratlarını bölüşən R.İsmayılova özəl günündə qızının yanında ola bilmədiyini vurğulayıb:

“Bu gün mənim mələyim, günəşim, ayım Aysunumun ad günüdür. Çox şükür bu günə. Sənin kimi qızım olduğu üçün çox xoşbəxt anayam. Nə yaxşı ki, səni dünyaya gətirmişəm. Quzum, yanında yoxam, amma bilirsən ki, ananın ürəyi sənin yanındadır. Övladım, həyatda sənə can sağlığı, gözəl bəxt, tale arzulayıram. Bir ana kimi səninlə fəxr edirəm. Sən mənim ən çətin, əzablı günlərimdə balaca canınla dərd ortağım olmusan. Allah bütün balaları qorusun, içində də mənim mələklərim. Balalarım Allahımın ən dəyərli, ən qiymətli hədiyyəsidir. Ad günün mübarək Aysunum. Lap kövrəldim”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR