Beynəlxalq reytinq cədvəlində üç Azərbaycan futbol klubu yer alıb

Beynəlxalq reytinq cədvəlində üç Azərbaycan futbol klubu yer alıb
12:43 7 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıda ən yaxşı 203 komandası yer alıb. Azərbaycan 2015-ci ilin yekunlarının əksini tapdığı siyahıda 3 klubla təmsil olunub. Ağdamın “Qarabağ” klubu 142 xalla 77-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi bu pilləni İspaniyanın “Valensiya” klubu ilə bölüşür.
“Qəbələ” 116 xalla 124-cü pilləyə şərik olan 5 klub sırasında qərarlaşıb. “Qəbələ” klubunun şərikləri “Rosario” (Argentina), “Erediano” (Kosta-Rika), “Torino” (İtaliya) və “İlva” (Koreya Respublikası) komandalarıdır. Bakının “İnter” klubu 92 xalla 192-ci yerə şərikdir. Paytaxt klubu daha 3 komanda ilə eyni nəticəyə malikdir. “İnter” Nigeriyanın “Volves”, İsveçrənin “Tyun” və Ermənistanın “Pünik” klubu ilə eyni nəticə əldə edib.
Siyahıya 379 xalla İspaniyanın “Barselona” komandası başçılıq edir. İtaliya klubları “Yuventus” 286 xalla ikinci, “Napoli” isə 268 xalla üçüncüdür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_reytinq_cedvelinde_uch_Azerbaycan_futbol_klubu_yer_alib-916628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR