Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nigeriyada fermerlər ilə çobanlar arasında qarşıdurma: 38 ölü

Nigeriyada fermerlər ilə çobanlar arasında qarşıdurma: 38 ölü

Date: 7 January 2016 12:43


Bakı, 7 yanvar, Nihad Budaqov, AZƏRTAC 
Nigeriyanın Nasarava əyalətində əleyhdar qruplar arasında yaranan qarşıdurmada 38 nəfər həlak olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Fulani qəbiləsindən çobanların Nasarava əyalətində Afo və Udeni Magaji qəbilələrinə təşkil etdiyi hücumlarda 38 nəfər ölüb. Amaku, Agbashi və Oden kəndlərində yaşayan çoxlu sayda sakin qarşıdurmalarla əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıblar.
Nigeriyanın Benu, Plateau, Taraba və Nasarava əyalətlərində əkinə yararlı sahələr və heyvandarlıqla əlaqədar qarşıdurmalara tez-tez rast gəlinir.
 

Tags:  Nigeriyada fermerlər çobanlar arasında qarşıdurma 38 ölü


RƏYLƏR


Top news