Zaqatala sakini yeni avtomobil düzəldib

Zaqatala sakini yeni avtomobil düzəldib
12:52 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

KANAL S (REGİON TV) xəbər verir ki, Zaqatala rayonunda 27 yaşlı gənc yeni avtomobil hazırlayıb. Bir ton 250 kq çəkisi olan avtomobilin ərsəyə gəlməsi üçün beş ilə yaxın vaxt sərf olunub.

Zaqatala rayonunun Danaçı kənd sakini  Abdulla Məmmədov heç bir kənar müdaxilə və yardım olmadan, yalnız ağlı və əl əməyindən istifadə etməklə yeni bir avtomobil növü hazırlayıb. O, "Abdulla" adlandırdığı bu maşının hazırlanmasında dörd növ avtomobilin hissələrindən istifadə edib. Belə ki, avtomobilin ön daşıyıcı hissəsi və ön təkərləri "Zaporojets", arxa körpü hissəsi "Moskviç", arxa təkərləri "Mercedes", mühərrik və sürət qutusu isə "VAZ 2101" markalı avtomobillərə məxsusdur. Avtomobilin maketi və digər hissələrini isə gənc öz əlləri ilə hazırlayıb.
Uşaqlıqdan texnikaya həvəs göstərən Abdulla Məmmədov avtomobil hazırlamağı illər öncədən arzulayıb. Bu istəyini reallaşdırmağa isə beş il əvvəl başlayıb. Avtomobil yalnız bir neçə gün öncə tam hazır vəziyyətə gətirilib. O, bu texnikadan şəxsi təsərrüfatında istifadə etmək fikrindədir.

İki ton yük daşıma qabiliyyətinə malik avtomobil 100 kilometr məsafəyə 6-7 litr benzin sərf edir. Avtomobilin hazırlanması üçün təqribən 4500 manata yaxın vəsait xərclənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR