Suriyada Sovet İttifaqı Qəhrəmanı vuruşur - FOTO

Suriyada Sovet İttifaqı Qəhrəmanı vuruşur - FOTO
13:05 7 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada prezident Bəşər Əsəd rejiminə qarşı vuruşan ən böyük silahlı müxalif qruplaşmalarından olan "Azad Suriya Ordusu"nun ("Əl Ceyş əs Suuri əl Hürr") rəhbərlərindən biri sabiq kosmonavt Məhəmməd Əhməd Farizdir.
Milli.Az Al Manar-a istinadən bildirir ki, Hələbdə doğulmuş 64 yaşlı Fariz Suriyanın ilk kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı, Lenin Ordeni və "Qızıl Ulduz"un kavaleridir.

O, 1987-ci ildə "Soyuz TM-2" kosmik gəmisi ilə kosmosa yollanmış, "Mir" orbital stansiyasında birgə SSRİ-Suriya heyətinin üzvü olmuşdu.

Daha sonra Suriya Hərbi-Hava Qüvvələrində təyyarəçilərin hazırlığı ilə məşğul olmuş Fariz həbsdən qurtulmaq üçün 2012-ci ildə Türkiyəyə qaçmışdı. Lakin sonradan o, Suriyaya qayıtmış və "Azad Suriya Ordusu"nun komandirlərindən birinə çevrilmişdi.

"Azad Suriya Ordusu"nun mövqelərini Bəşər Əsədin ordusu ilə yanaşı, Rusiyanın Suriyadakı hərbi təyyarələri də bombalayırlar.
 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR