Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki ananın doğuş zamanı ölümünə görə cinayət işləri başlanıb

İki ananın doğuş zamanı ölümünə görə cinayət işləri başlanıb

Date: 7 January 2016 13:12

Bakıda doğuş zamanı ana və uşağın ölməsi faktına görə cinayət işi başlanıb.

Milli.Az bildirir ki, Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 1-də Bakı Sağlamlıq Mərkəzində 1984-cü il təvəllüdlü Günay Ağayevanın doğuş zamanı qəflətən səhhətinin pisləşməsi nəticəsində bətnindəki uşaq dünyasını dəyişib. Ananın üzərində qeysəriyyə əməliyyatı həyata keçirilib və əməliyyatdan sonra göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq ana da dünyasını dəyişib.
 
Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
 
Ölümün səbəblərini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.
 
Qeyd edək ki, yanvarın 2-də saat 23 radələrində Göygöl Şəhər Mərkəzi Xəstəxanasının 16 dekabr 2015-ci il tarixli göndərişinə əsasən, "35-36 həftəlik hamiləlik, ölü döl, ciftin hissəvi ayrılması, hipoqlikemiya, anemiya, loporotomiya, aşağı seqmentdə qeysəriyyə əməliyyatı, birinci cərrahi doğuş, endogen intoksikasiya, qaraciyər hepotozu" diaqnozu ilə paytaxtın Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilməklə orada müalicədə alan, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ülviyyə Abbasovanın ölməsi faktına görə də Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az


Tags:  İki ananın doğuş zamanı ölümünə cinayət işləri başlanıb


RƏYLƏR


Top news