Bu dövlət qurumu yeni kadr siyasətinə keçir

Bu dövlət qurumu yeni kadr siyasətinə keçir
13:12 7 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

"Azəryolservis"in bütün əməkdaşlarının əmək müqavilələrinə xitam verilir.

"Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə 28 dekabr 2015-ci il Sərəncamına əsasən, "Azəryolservis" ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb və Nazirlər Kabinetinə cəmiyyətin yeni Nizamnaməsinin, həmçinin strukturunun layihələrini hazırlamaq tapşırılıb.

Yeni strukturun formalaşdırılması, idarə və şöbələrin adlarının, ştat vahidlərinin dəyişdirilməsi üzərində işlər aparıldığına görə cəmiyyətin bütün əməkdaşlarından əmək müqavilələrinə xitam verilməsi barədə ərizələr toplanılır.

Cəmiyyətin yeni strukturu təsdiq olunandan, ştat vahidləri müəyyən olunduqdan sonra yol təsərrüfatı üzrə təcrübəli mütəxəssislərdən ibarət komissiya yaradılacaq. Həmin komissiya aidiyyəti idarə və şöbələrə sırf avtomobil yolları təsərrüfatı sahəsində kifayət qədər bilik və bacarığa malik əməkdaşları seçəcək və onlarla yeni əmək müqaviləsi imzalanacaq. Bu zaman əsasən gənc mütəxəssislərə üstünlük veriləcək.

Qeyd edək ki, "Azəryolservis" ASC-nin artıq yeni loqosu da qəbul edilib. 

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR