Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ATV-də dəyişiklik

ATV-də dəyişiklik

Date: 7 January 2016 13:17

Bu gündən etibarən "Azad Azərbaycan" televiziyasının HD formatında yayımının sınaqlarına başlanacaq.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Şöbə müdirinin sözlərinə görə, sınaqlar müsbət nəticələnsə, artıq növbəti həftədən etibarən ATV Bakı şəhəri və Abşeron yarımadasında HD formatında yayılacaq.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə HD formatda "CBS sport" televiziya kanalı yayımlanmağa başlayıb.

Qeyd edək ki, HD formatlı televiziya yayımı tamaşaçıya daha keyfiyyətli görüntü izləməyə imkan verir.

İlkin İzzət
Milli.Az


Tags:  ATV-də dəyişiklik


RƏYLƏR


Top news